Şimali Makedoniyada yeni baş nazir vəzifəsinin icrasına başladı
Şimali Makedoniyada keçiriləcək seçkilər zamanı ölkəyə rəhbərlik edəcək müvəqqəti hökumətin baş naziri Talat Cafəri vəzifəsinin icrasına başlayıb.
Demedia.az xəbər verir ki, o, vəzifəni keçmiş baş nazir Dimitar Kovaçevskidən alıb. Paytaxt Skopyedəki baş nazirlik binasında keçirilən mərasim çərçivəsində Cafəri və Kovaçevski görüş keçirib. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər. Keçmiş baş nazir Kovaçevski bəyan edib ki, vəzifələrin ötürülməsi qanuni öhdəliklərə uyğun həyata keçirilib.
Müvəqqəti hökumətin vəzifəsinin prezident və parlament seçkilərini təşkil etmək olduğunu bildirən Kovaçevski, Talat Caferiyə uğurlar arzu edib.
Bahadur Seyidov