ABŞ bazasına raketlə hücum edilib



 10:28 30.01.2024     260

Suriyanın Haseke vilayətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazası ətrafına raket hücumu həyata keçirilib.

Demedia.az xəbər verir ki, hücumda hər hansı itki olub-olmadığı hələlik məlum deyil. ABŞ hələlik hücumla bağlı açıqlama verməyib. Qeyd edək ki, ABŞ Yaxın Şərqdəki bazalarına hücumlar intensivləşib. ABŞ bazaları PUA və raketlərlə hədəfə alınır.

ABŞ tərəfi iddia edir ki, hücumlar İran tərəfindən təşkil olunur. Hücumların İranın dəstəklədiyi qüvvələr tərəfindən həyata keçirildiyi irəli sürülüb.

Bahadur Seyidov