Hollandiyada İslam təşkilatları Qurani-Kərimin nümayişlərdə məhv edilməsinin qadağan edilməsini istəyir



 10:45 30.01.2024     298

Hollandiyadakı İslam təşkilatları ölkədə dini əmin-amanlığı qorumaq üçün Qurani-Kərimin nümayişlərdə məhv edilməsinin qadağan edilməsini istəyir.

Demedia.az xəbər verir ki, təxminən 200 məscidin üzv olduğu K7 adlı yeddi İslam təşkilatının platforması hüquq ekspertləri ilə birlikdə Avropa və Hollandiya qanunlarına uyğun olaraq Qurani-Kərimin nümayişlərdə məhv edilməsinin qadağan olunmasını nəzərdə tutan fəaliyyət planı hazırlayıb.Nümayişlər zamanı Qurani-Kərimə hörmətsizliyin din azadlığına zidd olduğu əsası ilə hazırlanan 5 maddədən ibarət fəaliyyət planı Hollandiya Bələdiyyələr Birliyinə və Bələdiyyə Başçıları Assosiasiyasına göndərilib.

Bələdiyyə sədrləri və məclis üzvləri üçün hazırlanan planda bidlirilir ki, Qurana hörmətsizlik edən nümayiş üçün müraciət edildiyi andan etibarən müvafiq tərəflərlə daim təmasda olmaq, nümayiş hüququ ilə hörmətsizlik kimi hərəkətləri ayırd etmək lazımdır.

Bahadur Seyidov