Amerika əsgərlərinin səhvi - Buna görə ölüblər



 11:12 30.01.2024     276

ABŞ ordusu İordaniya-Suriya sərhədindəki bazasına PUA-nın hücumunu dəf etməyib, çünki bunu özünün pilotsuz təyyarəsi hesab edib.

Demedia.az xəbər verir ki,  bu iddia ilə “The Wall Street” jurnalı çıxış edib.

Nəşr qeyd edib ki, düşmənin pilotsuz uçan aparatının hücumu Amerika İHA-nın geri qayıtması ilə üst-üstə düşüb. Hərbçilər yaxınlaşan pilotsuz təyyarənin dost, yoxsa düşmən olduğunu müəyyən edə bilmədiklərindən tərəddüd ediblər.

Qeyd edək ki, İordaniya-Suriya sərhədindəki ABŞ bazasına hücum olub,  3 amerikan əsgəri ölüb.

Bahadur Seyidov