Qəzzanın bu xəstəxanasında bütün əməliyyatlar dayandı



 12:49 30.01.2024     264

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında Əl-Amal xəstəxanasının cərrahiyyə şöbəsində oksigen ehtiyatının tükənməsi səbəbindən əməliyyatların dayandırıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, xəstəxananın açıqlamasında qeyd edilib ki, İsrail xəstəxana ətrafında davam edən bombardman və qarşıdurmaların fonunda xəstəxanada vəziyyət gərginləşib.

Qeyd edək ki,  ötən ilin oktyabrın 7-dən başlayan İsrail- HƏMAS müharibəsində 26 mindən çox insan müharibənin qurbanı olub.

Bahadur Seyidov