Xəstəxanada şok: Həkim, tibb bacısı paltarında gəldilər və...



 22:36 30.01.2024     660

İsrailin işğalı altında olan İordan çayının qərb sahilində bir xəstəxananı hədəf alan basqının təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.

Demedia.az xəbər verir ki, Gecə 05.43-də İbn Sina xəstəxanasına həkim, tibb bacısı, xəstə və mülki şəxs qiyafəsində gələn İsrail xüsusi təyinatlıları 3 fələstinlini qətlə yetirib.

İşğal ordusu qətlə yetirdiyi üç fələstinlinin Həmas hücrəsinin üzvü olduğunu iddia edib. Xəstəxananın üçüncü mərtəbəsində həlak olanlardan ikisi qardaşdır.

Əl-Cəzirə tərəfindən təsdiqlənən görüntülərdə, əllərində avtomat silah olan israillilərin xəstəxanada divara söykənən bəzi fələstinliləri axtardığı da görünür.

Şərqi Qüdsdən xəbər verən Əl-Cəzirə müxbiri Rori Çallands İsrailin xüsusi təyinatlı qüvvələrinin əməliyyatını “Bu, qeyri-adi bir haldır” kimi təsvir edib.

Aysun / Demedia.az