Türkiyənin çox əhəmiyyətli müdafiə sənayesi ixracatı var - Kyriakos Mitsotakis



 09:12 31.01.2024     271

"Türkiyənin çox əhəmiyyətli müdafiə sənayesi ixracatı var. Biz hələ də keçmişdəki çatışmazlıqları tamamlamağa çalışırıq".

Demedia.az xəbər verir ki, Yunanıstanın baş naziri Kyriakos Mitsotakis belə açıqlama verib. Yunanıstanın ABŞ-dan F-35 almaq istəyinə Vaşinqtonun razılıq verdiyini xatırladan Mitsotakis, ABŞ-ın Həddindən artıq Müdafiə Materialı proqramı çərçivəsində Yunanıstana bəzi hərbi materialları da pulsuz verə biləcəyinə diqqət çəkib.

"40-a qədər F-35 almaq imkanımız var. Bu, çox bahalı bir alış olduğundan, birdən-birə 40 F-35-i almayacağıq. İlk mərhələdə bir təyyarə almaq üçün kifayət qədər maliyyə qaynağı təmin etdik” - Kyriakos Mitsotakis deyib.

Bahadur Seyidov