İsrail ordusu Qəzzadakı bəzi tunelləri su ilə doldurub



 09:58 31.01.2024     299

İsrail ordusu Qəzza zolağında bəzi tunellərin dəniz suyu ilə dolması barədə xəbərlərə münasibət bildirib.

Demedia.az xəbər verir ki, açıqlamada bəzi tunellərin dəniz suyu ilə doldurulduğu qeyd edilib. Açıqlamada aparılan mühəndislik işləri çərçivəsində nasos və borularla tunellərə suyun vurulduğu qeyd edilib. Açıqlamada həmçinin torpaq və su yolları analiz edilərək qrunt sularının zədələnməsinin qarşısı alındığı irəli sürülüb.

Açıqlamada "Son illərdə İsrail ordusu və İsrail təhlükəsizlik idarələrinin təkmilləşdirdiy bu üsulla HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturuna qarşı əməliyyatlar aparılıb" deyə qeyd edilib.

Bahadur Seyidov