ABŞ Venesuelaya qarşı dayandırdığı sanksiyaların bir qismini bərpa edib



 10:26 31.01.2024     276

Venesuela Ali Məhkəməsinin müxalifət lideri Mariya Korina Maçadoya 15 illik siyasi qadağa qoymasından sonra ABŞ administrasiyası bu ölkəyə qarşı dayandırdığı sanksiyaların bir qismini bərpa edib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib. Açıqlamada Ali Məhkəmənin qərarının Venesuelada keçiriləcək seçkilərlə bağlı narahatlığa səbəb olduğu vurğulanıb. Nazirliyin sözçüsü Metyu Miller Xəzinədarlıq Nazirliyi ilə məsələ ilə bağlı müzakirə aparıldığını bildirib. Miller Venesuela prezidenti Nikolas Maduro ilə müxalifət arasında aparılan danışıqlarda irəliləyiş olmadığını bildirib.

Buna görə də, ABŞ administrasiyasının Venesuelaya qarşı dayandırdığı sanksiyaların bir qismi bərpa edilib.

Bahadur Seyidov