Macarıstan Bosniya və Herseqovinanın ərazi bütövlüyünü dəstəkləyir


Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və Avropa Birliyinə üzvlüyünü dəstəklədiklərini bildirib.
Demedia.az xəbər verir ki, Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez macar həmkarı Szalay-Bobrovniczkyni paytaxt Sarayevoda rəsmi mərasimlə qarşılayıb. Nazirlər qapalı görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Szalay-Bobrovniczky bildirib ki, Macarıstan Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və AB-yə daxil olmasını güclü şəkildə dəstəkləyir.
Onun sözlərinə görə, Macarıstanın ən böyük prioritetlərindən biri Qərb ölkələrinin təhlükəsizliyidir.
Bahadur Seyidov