Öskürəyi kəsən möcüzə bitki - Evdə şəfa tapacaqsız - Video



 12:40 31.01.2024     479

Quru öskürəkdən necə yaxa qurtarmaq olar? Soyuqdəymə və ya qripdən sonra uzunmüddətli öskürək həyat keyfiyyətimizi aşağı salır. Bu, hamımızın başına gəlir. Gecə yuxuya getməyə qoymur, səhər isə boğulmalarla oyanırıq…

 

Bəzən uzunmüddətli öskürək hansısa xroniki xəstəliyin əlaməti olur. Quru öskürəyin qripdən sonrakı dövrün təzahürü olduğunu, yoxsa hansısa xəstəliyin əlaməti olduğunu anlamaq üçün bəzi nüanslara diqqət etmək yetərlidir. Quru öskürək var, amma bəlğəm gəlmirsə, gənzikdə daim tıxanıqlıq hiss edirsinizsə, soyuqdəymədən qaynaqlandığını anlamaq olar. Hərdən burun axıntısı da olursa, qripdən sonrakı dövrdəsiniz. 

Öskürəyin müalicəsində təbii tərkibli birləşmələr işə yaradığı üçün bu gün sizə iki məhsulu – BRONXONAT şərbəti və Teabronx çayını məsləhət görəcəm. Hər iki məhsul traxeit, kəskin və xroniki bronxit, pnevmoniya və göy öskürəyin müalicəsində yanaşı olaraq köməkçi vasitə kimi çox gözəl effektə malikdir. Məhsulların tərkibindəki dəvədabanı, bağayarpağı, şirin biyan kökü aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı tənəffüs yollarındakı qatı bəlğəmi durulaşdırır, bəlğəmin xaric olunmasını asanlaşdırır. Şirin biyan kökü bronxial astma, göyöskürək kimi tənəffüs sistemi xəstəlikləri zamanı uzunsov beyindəki tənəffüs mərkəzinin, beyin yarımkürələri qabığındakı öskürək mərkəzinin qıcıqlanmasının önünə keçir, öskürək əleyhinə təsir edir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az