İlon Maskın şirkətinin yerləşdirdiyi çip təhlükəlidir - İDDİA  



 14:45 31.01.2024     307

İnsan beyninə neyroçip yerləşdirməklə bağlı ilk təcrübəni elan edən “Neuralink” şirkəti bu sahədə qabaqcıl deyil.

Demedia.az Ria Novosti-yə istinadən xəbər verir ki, 2022-ci ildə oxşar əməliyyat “Avstraliya Synchron” tərəfindən həyata keçirilib.

NTI NeuroNet bazarının eksperti Vladimir Kozlov bildirib ki, Avstraliya texnologiyası daha təhlükəsizdir: “Onların çipi dərhal qan damarının içərisinə batırılır. Amma İlon Maskın təklif etdiyi Neuralink implantının implantasiyası zamanı beynin səthi nahiyələri zədələnə bilər”.

Qeyd edək ki, İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" ilk dəfə olaraq insan beyninə çip yerləşdirib. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

Bahadur Seyidov