İrandan cavab: “NATO qeyri-sabitlik və etibarsızlığın əsas səbəbkarıdır”



 16:12 31.01.2024     305

İran Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Yens Stoltenberqin İranla bağlı açıqlamalarına cavab verib.

Demedia.az xəbər verir ki, XİN sözçüsü Nasir Kenani NATO-nun baş katibi Yens Stoltenberqin “İran regionda sabitliyi pozur” açıqlamalarına münasibət bildirib:

“NATO və bəzi üzv ölkələrin qaranlıq müstəmləkə keçmişinə baxmayaraq, baş katibin İrana qarşı iddiaları tragikomik bəyanatlardır. Çünki NATO və onun bəzi üzvləri Qərbi Asiyada və digər ölkələrdə müstəmləkəçilik, dağıdıcı və müdaxiləçi siyasətlər hazırlamaq və həyata keçirmək, hərbi əməliyyatlar keçirməklə bağlı qaranlıq bir tarixə malikdir. NATO təkcə regionda, Yaxın Şərqdə deyil, bütün dünyada qeyri-sabitlik və etibarsızlığın əsas səbəbkarıdır”.

Bahadur Seyidov