Qrip oldu, burnu  kəsildi - SƏBƏB



 16:43 31.01.2024     296

Yanğınsöndürən gənc adi qripdən sonra milyonda cəmi 2 nəfərdə rast gəlinən xəstəlik səbəbindən burnunu itirib.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, infeksiyaya görə burnunu tamamilə itirən kişi   sonra başına gələnləri danışıb.

ABŞ-dən olan 31 yaşlı Brandon Boothby (31) sadə bir qrip infeksiyası keçirərkən, onun simptomları qəfil pisləşməyə və dəyişməyə başlayıb. Əvvəlcə nə baş verdiyini anlaya bilməyən ailə dəyişiklikləri görüb nəyinsə səhv olduğunu anladıqca qorxmağa başlayıb. Brandon getdikcə pisləşdi və sürətlə arıqlamağa başlayıb.

Xəstəxanaya getdikdən sonra aparılan analizlər onun aplastik anemiya kimi tanınan otoimmün xəstəliyə tutulduğunu üzə çıxarıb.

İki həftəlik müalicə effekt vermədiyini üçün  onu burnu kəsilib və yerinə protez burun qoyulub.

Aplastik anemiya nədir?

Aplastik anemiya bədən kifayət qədər qan istehsal edə bilmədiyi zaman baş verən ciddi qan xəstəliyi kimi tanınır. Bu vəziyyət insanı yorğun edir və infeksiyalara və nəzarətsiz qanaxmaya daha çox meyllidir. Hər yaşda baş verə bilən aplastik anemiya birdən-birə görünə və müalicə edilmədikdə zamanla daha da pisləşə bilər.  

Aplastik anemiyanın simptomları zəiflik, yorğunluq və dəri töküntüsü kimi görünür. Bu xəstəlikdə aşağı ağ qan hüceyrələri (neytropeniya), aşağı qırmızı qan hüceyrələri (anemiya) və aşağı trombosit sayı kimi vəziyyətlərə rast gəlinir. Aplastik anemiyanın simptomları həftələr və aylar ərzində inkişaf edir, buna görə də bədəndəki dəyişikliklər dərhal nəzərə çarpmaya bilər. Aplastik anemiyanın ən çox görülən simptomları həmişəkindən daha uzun sürən tez-tez viral infeksiyalar, yorğunluq və zəiflik, daha asan qanaxma və ya göyərmə, nəfəs darlığı (dispne), nizamsız ürək döyüntüsü, dərinin rəngi normaldan daha solğunluğu, başgicəllənmə, baş ağrısə, yanğın, burun qanaxmasıdır.

Bahadur Seyidov