Gənc futbolçu üçün 20 milyon avro təklif var



 15:00 31.01.2024     211

Xorxe Xesus dönəmində ara transfer zamanı "Parma"dan "Fənərbaxça"ya keçən Jayden Oostervolde uğurlu çıxışından sonra Avropa klublarının radarına düşüb.

Demedia.az xəbər verir ki,22 yaşlı hollandiyalı futbolçuya "Everton", "İnter" və "Napoli"dən təkliflər edilib.Təkliflərin 20 milyon avro civarında olduğu öyrənilib. Qeyd olunub ki, Fənərbaxça cəbhəsi hazırda Oostervolde satmaq fikrində deyil.Jayden Oosterwolde bu mövsüm "Fənərbaxça" forması ilə 30 matça çıxıb. Oostervolde bu matçların 13-də sol cinah müdafiəçisi, 17-də isə mərkəz müdafiə xəttində çıxış edib.