Arda Gülər niyə oynamır?



 21:16 31.01.2024     221

İspaniyada Arda Gülər ​​haqqında danışılmağa davam edir. İspan nəhənginin çalışdırıcısı Karlo Ançelotti mətbuat konfransında gənc ulduz haqqında çox danışılan açıqlamalar verib.

Demedia.az xəbər verir ki, Arda üçün səbirli olmaq lazım olduğunu vurğulayan məşqçi deyib:

"Arda Gülər ​​fiziki cəhətdən hər keçən gün yaxşılaşır. O yaxşıdır. Vaxt tapmağa davam edəcək. Bununla belə, Əvvəlcə dediyim kimi, ona qarşı səbirli olmaq lazımdır. Onun üzərində çox təzyiq olduğunun fərqindəyəm, çünki bütün bir ölkə onun oynamağını istəyir. Amma oğlanın cəmi 18 yaşı var. Vaxtı gələcək və  tam oynayacaq".

Aysun / Demedia.az