13 yaş kiçik sevgilisi ilə yaxalandı... - Hamı onlardan danışır



 20:02 31.01.2024     765

Gənc yaşlarında şöhrət pillələrini sürətlə fəth edən və 2000-ci illərdə iz qoyan məşhur müğənni Avril Lavigne təlatümlü şəxsi həyatı ilə tez-tez xatırlanırdı. 

Demedia.az xəbər verir ki, Lavigne sonuncu dəfə özündən 13 yaş kiçik olan sevgisi ilə görüntülənib.
Kanadalı müğənni və bəstəkar Avril Lavigne hələ 18 yaşında ikən çıxardığı "Complicated" və "Sk8er Boi" mahnıları ilə geniş auditoriyaya çataraq böyük şöhrət qazanıb.

2006-2010-cu illərdə Deryck Whibley ilə evli olan məşhur ad 2013-cü ildə evləndiyi Çad Kroegerdən 2015-ci ildə boşanıb. 2022-ci ildə nişanlandığı amerikalı müğənni Mod Sunla axtardığı xoşbəxtliyi tapa bilməyən Lavin 2023-cü ildə nişanını kəsib.
Ayrılıqdan sonra qısa müddət reper Tyqa ilə münasibətdə olan 39 yaşlı müğənninin həmkarı Neyt Smitlə eşq macərası yaşadığı məlum olub.

Bir məkandan çıxarkən kameralara tuş gələn ikili görünməkdən yayınmağa çalışsa da, buna nail ola bilməyib. Məşhur cütlük tez bir zamanda avtomobillərinə minərək parıltılar qarşısında əlləri ilə üzlərini örtmək üçün çarə tapıblar.

Aysun / Demedia.az