Buzlu suda qalan iki it belə xilas edildi



 22:36 31.01.2024     756

ABŞ-ın İndiana ştatında polis buzlu gölməçədə qapalı qalan iki iti xilas edib.

Demedia.az xəbər verir ki, həmin anlar polisin bədən kamerasına əks olunub.

İndiana ştatında, polis yanvarın 28-də səhər tezdən, itin donmuş gölməçəyə düşə biləcəyi barədə məlumat aldıqdan sonra Rezervuar Parkına gəldi. Polislər gölməçəyə yaxınlaşanda soyuqdan tərpənə bilməyən iki qara labrador iti ön pəncələri ilə gölməçəni əhatə edən divardan yapışıblar. Hava istiliyinin 1 dərəcəyə yaxın olduğunu və soyuqdan itlərin buzlu gölməçədən çıxa bilmədiyini bildirən polis iki iti isinmək üçün polis maşınına aparıb. Polisin verdiyi açıqlamada itlərin vəziyyətinin yaxşı olduğu və heyvanlara qulluq və mühafizə orqanlarına təhvil verildiyi bildirilib. İki itin xilas edildiyi an polisin bədən kamerasına düşüb.

Aysun / Demedia.az