ABŞ-dan İrana cavab



 16:42 01.02.2024     283

İordaniyada 3 əsgərin həyatını itirdiyi hücuma görə ABŞ ordusunun cavabı gecikməyib.

Demedia.az xəbər verir ki, ABŞ hərbi gəmisi İrana məxsus 3 pilotsuz uçuş aparatını və Yəmənin Tehran tərəfindən dəstəklənən husi üsyançıları tərəfindən atılan ballistik raketi vurduğunu açıqlayıb:

"O, Ədən körfəzinə doğru gəmi əleyhinə ballistik raket atdı. Raket USS Carney tərəfindən uğurla vuruldu. Bu açıqlamadan qısa müddət sonra ordu, "USS Carney yaxınlıqda üç İran İHA-sına hücum edərək onları vurdu" dedi. Vurulan pilotsuz təyyarələrin silahlı olub-olmadığı ilə bağlı məlumat paylaşılmayıb.İordaniyanın Suriya sərhədi yaxınlığında yerləşən ABŞ bazası İranın dəstəklədiyi silahlı qruplar tərəfindən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. İlkin məlumata görə, hücumda 3 ABŞ əsgəri həyatını itirib, 25 ABŞ əsgəri isə yaralanıb. Hücumla bağlı açıqlamasında ABŞ prezidenti qisas alacağına söz verib və "Şübhəsiz ki, bütün məsuliyyət daşıyanları özümüz seçdiyimiz vaxt və şəkildə hesaba çəkəcəyik" deyib.

Aysun / Demedia.az