ABŞ-ın İrana cavabı gərginliyi artıracaq tərzdə olmayacaq
ABŞ administrasiyası Suriya-İordaniya sərhəddindəki hərbi bazaya hücumdan sonra verəcəyi hərbi cavab gərginliyi artıracaq tərzdə olmayacaq.
Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə açıqlama verib. O bildirib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etməlidir. Bayden administrasiyasının Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavabla bağlı yol xəritəsi hazırladığını ifadə edən Miller, bölgədə gərginliyi artırmağı hədəfləmədiklərini qeyd edib.
“ABŞ-ın cavabı gərginliyi artırmayacaq. Bu günə qədər etdiyimiz hərəkətlər gərginliyi artırmaq deyil, ABŞ əsgərlərini müdafiə etmək məqsədi daşıyırdı. Bölgədə artan gərginliyin heç kimə faydası olmayacaq” – Miller deyib.
Bahadur Seyidov