Türkiyənin F-35 proqramındakı iştirakı bərpa edilə bilər



 12:10 01.02.2024     274

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Türkiyənin yenidən F-35 proqramına qoşulmasının mümkün olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Kirbi mətbuat brifinqində F-35-lərlə bağlı sualı cavablandırıb. Kirbi Türkiyəyə F-16-ların satışından sonra F-35 proqramına qayıdıb-qayıda bilməyəcəyi ilə bağlı sualına “Hazırda bu mövzuda heç bir dəyişiklik yoxdur” deyə cavab verib. Kirbi, "Bu mövzuda danışıqlarımız davam edir. Türkiyə bu mövzuda narahatlığımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramındakı iştirakı bərpa edilə bilər" deyə qeyd edib.

Bahadur Seyidov