Qəzzada əsirlərin geri qaytarılması səylərinin uğurlu olması üçün işlər aparılır



 14:42 01.02.2024     260

İsrailin baş naziri Binyamin Netanyahu, Qəzza zolağında saxlanılan israilli əsirlərin geri qaytarılması səylərinin uğurlu olması üçün işlərin  aparıldığını bildirib.

Demedia.az xəbər verir ki, Baş nazirliyin mətbuat xidmətindən bildirib ki, Netanyahu Qəzza zolağında əsir saxlanılanların yaxınları ilə görüşüb. İsrailli məhbusları geri qaytarmaq üçün əllərindən gələni etdiklərini deyən Netanyahu, "Biz əlimizdən gələni edirik, lakin bu səylər nə qədər çox açıqlansa, bir o qədər az nəticə verir. Bu səylər nə qədər gizli olarsa, uğur qazanmaq bir o qədər çox olar" deyə bildirib.

Gizli şəkildə səylərini davam etdirdiklərini vurğulayan Netanyahu əsirlərin azad edilməsinin mümkün olduğunu ifadə edib.

Bahadur Seyidov