BƏƏ Rusiya və Ukrayna arasında vasitəçilik etdi



 14:58 01.02.2024     257

Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Ukraynanın arasında etdiyi vasitəçiliyi sayəsində yeni hərbi əsir mübadiləsinin baş verdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin açıqlamasında görə, ölkənin Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi ilə bağlı vasitəçiliyi uğurlu olub. Bəyanatda hər iki tərəfdən hərbi əsirlərin azad edildiyi qeyd edilib və vasitəçilik səyləri uğurlu olması üçün Rusiya və Ukrayna hökumətlərinə əməkdaşlığa görə təşəkkür edilib.

Bəyanatda qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri uğurlu vasitəçiliyi onun Rusiya və Ukrayna ilə möhkəm münasibətlərinə əsaslanır.

Bahadur Seyidov