Fransada sonra bu ölkədə fermerlər etiraza qalxdı



 15:21 01.02.2024     262

Fransada həftələrdir davam edən fermerlərin etirazları oxşar səbəblərdən İspaniyaya da sirayət edib.

Demedia.az xəbər verir ki, ispan fermerlər, Fransadakı həmkarları kimi, Avropa Birliyinə daxil olmayan ölkələrdən gələn rəqabət və qiymət artımlarının Avropa İttifaqını kənd təsərrüfatı siyasətini dəyişməyə məcbur etdiyini əsas gətirərək küçələrə çıxmağa qərar veriblər. 

Fermerlər, tarladan çıxarkən məhsullarının artan qiymətlərinə qarşı tədbir görülməsini istəyirlər.

İspaniya hökuməti ölkədəki etirazların Fransadakı qədər böyüməsinin qarşısını almağa çalışır.

 Kənd təsərrüfatı, ərzaq və balıqçılıq naziri Luis Planas fevralın 2-də ölkənin aparıcı kənd təsərrüfatı təşkilatlarının nümayəndələrini fövqəladə iclasa çağırıb.

Bahadur Seyidov