Bu qidanı yeyən kimi qan laxtalanır - İnsanlardan nəyi gizlədirlər? / Fizuli Hüseynov - Video



 16:10 01.02.2024     501

Sağlam insanda fəaliyyət göstərən trombositar - damar sistemi və koaqulasyon hemostaz damar divarının tamlığını təmin edir. Normalda kiçik damarlar zədələnəndə, qanaxma 1 - 2 dəqiqəyə dayanır.

Bu əsasən trombasitlərin çökməsi və aqreqasiyası, az dərəcədə isə damarların spazmı hesabına baş verir. Bu prosesdə aparıcı rolu qan damarı divarının zədələnməsi, subendoteliail toxuma strukturunun, xüsusilə kollagenin aşılanması oynayır. Kollagenin və subendotelin tərkibində olan Villebrand faktorunun təsiri altında trombositlərin cəld aktivləşməsi baş verir. Bu zaman trombositlər öz formasının dəyişir, şişir, tikanabənzər çıxıntı əmələ gətirir, yaranın kənarında birləşdirici toxuma lifinə yapışır. Zədələnmiş damar divarının subendotelinə trombositlərin çökməsi damar trombohemostazının başlanğıc mərhələsi hesab olunur. Eyni zamanda zədələnmiş hüceyrələrdən ifraz olunan katexolaminlər, serotonon və kallogen trombositlərin aqressiya qabiliyyəti artır. Bu zaman trombositlərdən elektron sıxlıqlı qranullu trombosit tərkibli maddələr əmələ gəlir. Bu maddələr qanın laxtalanma qabiliyyətinin artmasına səbəb olur.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az