Cinsi həvəsin sönməsi / Hipoqonadizm nədir? - Video



 16:48 01.02.2024     442

Hipotalamus-hipofiz-testis sistemindəki hər hansı bir səviyyədəki çatmamazlıq hipoqonadizmə(cinsi inkişafın olmamasına) səbəb olur.

Hiperqonadotrop hipoqonadizm testislərdəki (xaya) primer çatmamazlıqdır. Hipotalamus vəya hipofizdəki çatmamazlıq isə hipoqonadotrop hipoqonadizmə səbəb olur. Oğlanlarda cinsi inkişafın(puberta) başladığını göstərən ilk fiziki əlamət testis(xaya) həcminin böyüməsidir.Testis həcmi 4 ml-ə çatdığında artıq cinsi inkişafın başladığı qəbul edilir və bu təxmini olaraq 11-12 yaşlarda baş verir. Lakin 9 yaş ilə 14 yaş aralığında da hər hansı bir zamanda başlanması da normal sayılır.

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az