Tam 30 kilo... - Ata Demirer necə arıqlamasından danışıb



 19:00 01.02.2024     800

Dəyişməsi diqqət çəkən və sosial media hesabında paylaşdığı pozalarla pərəstişkarlarından təriflər alan Ata Dəmirer qatıldığı proqramda diqqət çəkən açıqlamalar verib.

Demedia.az xəbər verir ki, sonuncu dəfə "Bursa Bülbülü" filmi ilə tamaşaçıların qarşısına çıxan məşhur aktyor deyib:

"Hekayələr həyatımızı aydın və yığcam edir. Bursa Bülbülünü tamamilə o illər üçün etdim. 10-20 yaş arası Bursa Ata haqqındadır. Fikirləşdim ki, hədiyyə edim. Özüm üçün bu filmi 70 yaşım olanda izləmək üçün qoyacağam, köhnə albomları gəzməyə ehtiyac yoxdur. Mənim kimi insanların da sevəcəyini düşündüm, hər kəs özündən bir şey tapdı.

30 kilo arıqlamışam. Düzgün qidalanırdım, idman etdim. Və birdən arıqlamadım. Arıqlamağım 2,5 il çəkdi".

Aysun / Demedia.az