Görünməmiş qonşu qəddarlığı: "Uşaqlarınızı bağlayın ki, səs çıxmasın"



 22:36 01.02.2024     578

Qaziantepdən Mardinə təyinatla gələn Anış ailəsi səs-küy saldıqları üçün aşağı mərtəbədəki qonşuları TIR sürücüsü Ahmet T. tərəfindən hədələndiklərini iddia edərək cinayət işi qaldırıb.

Demedia.az xəbər verir ki, eyni mənzildə yaşadıqları üçün barəsində olan həbs qətimkan tədbiri götürülərkən, Ahmet T.-nin ailənin işıq və su sayğaclarını sökdüyü anlar təhlükəsizlik kamerasına düşüb.

Fatma Anış deyib: "Bizi evdən çıxarmaq üçün hər cür hərəkətlərə əl atır. 4 dəfə elektrik kabellərimizi kəsdi, iki dəfə sayğaclarımızı çıxardı. Həyat yoldaşımın maşınının təkərlərini partladıb".

Aysun / Demedia.az