Çılğın paraşütçünün havada səhər yeməyi - VİDEO



 23:09 01.02.2024     569

Günü-gündən parlayaraq Türkiyənin əhəmiyyətli xizək kurortlarından birinə çevrilən Ergan Kayak Mərkəzində bir ilkə imza atılıb.

Demedia.az xəbər verir ki, xizək sürərkən musiqi və əyləncənin müşayiəti ilə səmada paraşütlə səhər yeməyi yeyən birini görən xizəksevərlər gözlərinə inanmayıb.

Özü də YouTuber olan yamac paraşütü pilotu Hasan Kaval xüsusi hazırlanmış mexanizm sayəsində paraşütünə bağladığı masada samovar çayının müşayiəti ilə Ərzincanın tulum pendiri və yerli məhsullarla səmada səhər yeməyi edib.

Kavalın bu anların görüntüləri Ərzincan valiliyi tərəfindən sosial media hesablarında paylaşılıb. Video qısa müddətdə viral oldu. Bir çox sosial şəbəkə istifadəçisi videonu bəyənib və müsbət şərhlər yazıb.

Ərzincan valisi Həmzə Aydoğdu da sosial media hesabında görüntüləri paylaşaraq, "Göydə səhər yeməyinin sirri; küləyin səsi. Tulum pendirini daha dadlı edir. İştahınız xeyir, Həsən Kaval" qeydini buraxıb.

Aysun / Demedia.az