Bu anı ancaq Türkiyə tuta bilər...



 10:48 02.02.2024     210

İsrailin 7 oktyabr 2023-cü ildə blokadada olan Qəzza zolağına qarşı başlatdığı qeyri-insani hücumlar Yaxın Şərqdə gərginliyi artırıb.

Demedia.az xəbər verir ki, Türkiyənin diplomatik addımları ABŞ-da nəşr olunan “Foreign Affairs” jurnalında yer alıb. Yaxın Şərqdəki gərginliyə diqqət çəkən jurnalda Türkiyə ilə bağlı diqqətçəkən təhlillər yer alıb.ABŞ-ın “Foreign Affairs” jurnalı İsrail-Həmas gərginliyinin davam etdiyi bu günlərdə Yaxın Şərq təhlilində Türkiyə ilə bağlı diqqətçəkən şərhlərə yer verib. Jurnal bölgədəki tarazlıqların dəyişdiyini və Türkiyənin Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının yaradılmasında mühüm rola malik olduğunu yazıb.“Yaxın Şərqi yalnız Yaxın Şərq düzəldə bilər” başlıqlı təhlilində ABŞ-ın regionda mövcudluğu tədricən sona çatır və deyib: “ABŞ uzunmüddətli perspektivdə Yaxın Şərqə böyük diplomatik və təhlükəsizlik resursları tökəcəyinə və regional güclərin, xüsusilə Misir və İordaniyaya, eləcə də Müharibə başlayandan bəri koordinasiya edən Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və BƏƏ kollektiv şəkildə irəliləməli olacaqlar.İrəli yol müəyyən etmək üçün təcili tədbirlər görməlidir”. Təhlildə, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibədə diplomatik səyləri vurğulanaraq, “Türkiyə, bölgə dövlətlərinin Fələstinin təhlükəsizliyini və idarəçiliyini qoruduğu və dəstəklədiyi bir çox ölkəli qarant sistemi konsepsiyasını gündəmə gətirib. ABŞ və Avropa ölkələri İsrailə təhlükəsizlik zəmanəti verir." Yaxın Şərqdə uzlaşmanın uzaq olmadığını dilə gətirən jurnal, bölgədə təhlükəsizliyi artırmaq üçün “yenidən başlama anı”nın ola biləcəyini yazıb və “Bu yenidən başlama anı Türkiyə kimi regional güclərlə birlikdə ələ keçirilməlidir” deyib. 

Bahadur Seyidov