"Qalatasaray" bu futbolçu ilə anlaşdı



 11:10 02.02.2024     256

Sacha Boeyi Almaniya nəhəngi "Bavariya"ya göndərən "Qalatasaray" ulduz futbolçusunu "Nottingem Forest"də çıxış edən Serj Aurierlə əvəzləyib.

Demedia.az xəbər verir ki,Fabrizio Romanonun xəbərinə görə, sarı-qırmızılılar "Nottingem Forest"də çıxış edən Serj Aurierlə müqavilə imzalayıb. Aurierin transferi üçün Qalatasaray və Nottingem Forest arasında son danışıqlar aparılır.Bu mövsüm İngiltərənin "Nottingem Forest" komandasında cəmi 13 matça çıxan 31 yaşlı fil dişli futbolçu sözügedən matçlarda 2 məhsuldar ötürmə edib.

Bahadur Seyidov