Nar, portağal - Xərçəng xəstələrinə zərərlidir? - Video



 12:28 02.02.2024     530

Onkoloji xəstəliklərin nəinki dünyada, ölkəmizdə də getdikcə çoxalması ilə bunlarla bağlı müəyyən müzakirələr doğurur.

Əlçatan müalicə, əməliyyatdan öncəki və sonrakı proseslər, fəsadların aradan qaldırılması həm xəstələrin özləri, həm də yaxınlarını müxtəlif mənbələrdən məlumat toplamağa vadar edir. Vacib məsələlərdən biri də onkoloji əməliyyatlardan sonra pasiyentlərdə arıqlama, çəkinin sürətlə itirilməsidir. Şişin növündən, mərhələsindən və lokalizasiyasından asılı olaraq, ayrı-ayrı onkoloji əməliyyatlar xəstələrin qidalanma vəziyyətinə müxtəlif yollarla təsir göstərir. Məsələn, qastrektomiya (mədənin tam çıxarılması – red.) erkən doyma, həzm pozğunluğu, udma pozğunluğu və bakteriyaların çoxalması kimi təsirlərə və ya onikibarmaq bağırsaqda səth itkisi, dəmir, B12 vitamini, kalsium, yağ, amin turşuları və karotinin udulmasının pozulmasına səbəb ola bilər.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az