Qan vermək istədi, amma türk olduğu üçün rədd edildi!



 19:00 02.02.2024     556

İbrahim-Yeşim Yaşasın cütlüyü 12 il əvvəl Green Card almağa haqq qazanaraq ABŞ-ın Florida ştatında yaşamağa başlayıb.

Demedia.az xəbər verir ki, Türkiyədə olduğu müddətdə müntəzəm olaraq qan verən İbrahim Yaşasın bunu yeni ölkəsində könüllü və sağlam donor kimi etmək istəyib.

Qan vermək üçün vaxt itirmək istəməyən İbrahim West Palm Beach bölgəsində yolun kənarında gördüyü 'One Blood Foundation'a müraciət edib. Donorluqdan əvvəl formanı dolduran İbrahim yenicə qan verməyə hazırlaşarkən qəfildən təəccüblü sözlərlə rastlaşıb. Çünki qurum rəsmisi İbrahimə “üzr istəyirəm, türk olduğunuz üçün qanınızı almırıq” deyib. İbrahim əvvəlcə yaşadığı hadisə ilə qarşılaşdıqda irqçi bir münasibətə məruz qaldığını düşünüb. O, əsəbiləşərək ona baxan zabitə “bu, cinayətdir, səndən şikayət edəcəm” deyib. İbrahim kimi bu vəziyyətlə qarşılaşa biləcək hər kəsin ağlına ilk gələn irqçilik olsa da, vəziyyət gözləniləndən çox fərqli idi.

Aysun / Demedia.az