Ajda Pekkan əməliyyat olundu - Sağlamlıq vəziyyəti...



 21:03 02.02.2024     685

Ajda Pekkan yaydan bəri çiyin ağrılarından əziyyət çəkirdi.

Demedia.az xəbər verir ki, sənətçi sıx konsert proqramından sonra Nişantaşıdakı özəl xəstəxanalardan birində sağ çiyin oynağından əməliyyat olunub.

Yay boyu sağ çiynindəki vətər qopması səbəbindən narahatlıq keçirən Ajda Pekkan üç gün əvvəl əməliyyat olunub. Evə buraxılan və evində istirahət edən 77 yaşlı Superstar üç həftə ərzində fiziki müalicə alacaq.

Ajda Pekkan, əməliyyatdan sonra verdiyi açıqlamada deyib: "Çox ağrıyırdım, amma bu əməliyyatla ağrılarımdan xilas oldum".

Aysun / Demedia.az