Telefonla danışırdı, nə baş verdiyini anlaya bilmədi - VİDEO



 23:48 02.02.2024     788

Muğlanın Bodrum rayonunda motosikletin telefonla danışan və avtomobillərin arasından keçmək istəyən piyadanı vurması nəticəsində baş verən yol qəzasında 2 nəfər yaralanıb.

Demedia.az xəbər verir ki, qəza anı yolda olan avtomobilin kamerasına düşüb.

Qəza axşam saatlarında Konacık Atatürk Bulvarında meydana gəldi. Əldə edilən məlumata görə, Yeni Xəstəxana Qovşağının işıqlarında gözləyən nəqliyyat vasitələri arasında telefonla danışaraq yolu keçmək istəyən piyadanı təhlükəsizlik zolağında sürətlə hərəkət edən motosiklet vurduğu iddia edilib. Zərbənin təsirindən piyada yerə yıxılıb, aşmış motosikletdən yıxılan sürücü isə səkiyə tərəf atılıb. Qəza nəticəsində həm motosiklet sürücüsü, həm də piyada xəsarət alıb.

Qəza anı həmin vaxt işıqda gözləyən avtomobilin kamerasına saniyə saniyə əks olunub. Videoda motosikletin piyadanı vurması, sürücü ilə piyadanın yerə yıxılması görünür.

Aysun / Demedia.az