Həşərat dərmanı 7 yaşlı uşağın ölümünə səbəb oldu
Türiyənin Konya şəhərində həşərat dərmanı 7 yaşlı uşağın ölümünə səbəb olub.
Demedia.az TRT Haber-ə istinadən xəbər verir ki, iki mərtəbəli kərpiç evin birinci mərtəbəsində yaşayan insanlar dərmanı öz evlərinə töksələr də yuxarı mərtəbədəki ailədən 5 nəfər dərmanın gücündən zəhərlənib. Nəticədə ailənin 7 yaşlı uşağı isə dünyasını dəyişib.
Məlum olub ki, birinci mərtəbədə yaşayan şəxslər evə dərmanı tökdükdən sonra qapı və pəncərəni bağlayaraq oranı tərk ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bahadur Seyidov