ABŞ-də epidemiya xəbərdarlığı - Cinsi yolla yayılır



 16:24 02.02.2024     272

Amerika Birləşmiş Ştatlarında səhiyyə mütəxəssisləri cinsi yolla keçən xəstəliklərin “nəzarətdən kənarda” olduğunu deyərkən epidemiya barədə xəbərdarlıq edirlər.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) paylaşdığı hesabata görə,  2022-ci ildə ölkədə sifilis, süzənək və xlamidiya da daxil olmaqla, ən azı 2,5 milyon cinsi yolla keçən xəstəlik aşkar edildiyi bildirilib.

Məlumata görə, 2022-ci ildə anadangəlmə sifilis səbəbindən 282 ölü doğuş və körpə ölümü qeydə alınıb. Anadangəlmə sifilis hallarının təxminən 60 faizi Texas, Kaliforniya, Arizona, Florida və Luiziana ştatlarında aşkar edilib.

Bildirilib ki, digər tərəfdən, Bayden administrasiyası iyun ayında bu xəstəliklərin diaqnozu, müalicəsi və qarşısının alınması üçün müxtəlif federal təşkilatların birgə işini nəzərdə tutan bir plan hazırlamışdı. Layihə çərçivəsində maliyyənin artırılacağı bildirilsə də, hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.

Bahadur Seyidov