Səudiyyə Ərəbistanı neft hasilatını artırmaq siyasətindən əl çəkib
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neftin daha əvvəl nəzərdə tutulan 13 milyon barel əvəzinə gündəlik 12 milyon barel səviyyəsində saxlanması barədə göstəriş verildiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, Energetika Nazirliyindən maksimum dayanıqlı istehsal gücü səviyyəsini gündəlik 12 milyon barel səviyyəsində saxlamaq və hasilatı artırmaq planından imtina etmək üçün təlimat aldığını açıqlanıb.
Bu qərarın istehsal və ya ixraca təsir edəcəyi gözlənilmir.
Qeyd edək ki, dDünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı iqtisadiyyatın ən mühüm qolu olan “Saudi Aramco”nun səhmlərinin 90 faizinə sahibdir.
Bahadur Seyidov