ABŞ qəzəblənir - Ukrayna üçün ayrılan vəsait oğurlanıb



 17:42 02.02.2024     253

Ukrayna Silahlı Qüvvələrində 100 min minaatan mərmisi üçün ayrılmış 40 milyon dollara yaxın vəsaitin oğurlanması cəhdi ilə bağlı qalmaqal ABŞ Konqresinin üzvlərinin qəzəbinə səbəb olub

Demedia.az xəbər verir ki,  bu barədə “The American Conservative” jurnalı yazır.

Bildirilib ki, bu iddia ilə ABŞ konqresmeni Mett Rozendel çıxış edib.  Bildirilib ki, korrupsiya işi üzrə 5 məhbus ittiham olunub, hər birini 12 ilə qədər həbs gözləyir, daha bir şübhəli,  ölkəni tərk etməyə cəhd edərkən tutulub.

 "Cəmi bir neçə il əvvəl Ukrayna haqqında bildiyimiz yeganə şey o idi ki, bu, heç kimin eşitmədiyi ən korrupsiyalaşmış ölkə idi. Ukrayna çirkli siyasətçilərin çirkli pullarının yuyulması üçün camaşırxana idi".

Bahadur Seyidov