Peskov Putinin Türkiyə səfərinin gündəliyini açıqladı



 17:12 02.02.2024     245

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, Ukrayna da daxil olmaqla regional məsələlər müzakirə olunacaq.

Demedia.az xəbər verir ki, səfərin mümkün tarixi ilə bağlı danışan Peskov, "Səfər tarixini vaxtında açıqlayacağıq" deyə bildirib. Səfər zamanı bir çox məsələlərin müzakirə olunacağını bildirən Peskov, "Bu danışıqların hər biri gündəm baxımından çox zəngindir. Bu, təbii ki, ilk növbədə Rusiya-Türkiyə ikitərəfli əlaqələri və ticarətimiz və iqtisadi əməkdaşlıq. Təbii ki, regional məsələlər, o cümlədən Ukrayna da müzakirə olunacaq” deyə bildirib.

Bahadur Seyidov