ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya qəbul protokolunu ratifikasiya etməyə çağırıb
ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya qəbul protokolunu dərhal ratifikasiya etməyə çağırıblar.
Demedia.az xəbər verir ki, ABŞ Senatının NATO Müşahidə Qrupunun həmsədrləri, demokrat senator Jeanne Shaheen və respublikaçı senator Tom Tillis İsveçin NATO-ya qəbul protokolu ilə bağlı birgə bəyanatla çıxış ediblər. Senatorlar birgə bəyanatlarında qeyd ediblər ki, İsveç həm bugünkü çağırışların, həm də sabahın təhlükələrinin öhdəsindən gəlmək üçün NATO-ya unikal imkanlar qazandıracaq.
Bu kontekstdə senatorlar Macarıstanın baş naziri Viktor Orbanı İsveçin NATO-ya qəbul protokolunu dərhal qəbul etməyə çağırıblar.
Bahadur Seyidov