Qəzzada 3 mərhələli atəşkəs təklifi



 17:21 02.02.2024     267

İsrailin Qəzzada törətdiyi qırğınların qarşısını almaq üçün diplomatik səylər davam edir.

Demedia.az xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyi belə açıqlama verib. Açıqlamada yeni atəşkəs və girov mübadiləsi təklifinin İsrail tərəfindən qəbul edildiyi qeyd edilib.  Qətər Xarici İşlər Nazirliyi Fransanın paytaxtı Parisdə Qətər, ABŞ, İsrail və Misir rəsmiləri arasında keçirilən görüşlərə diqqət çəkib. Həmin görüşlərdə hazırlanan təklifin İsrail tərəfindən qəbul edildiyi və HƏMAS-ın da bu təklifə razılıq verdiyi qeyd edilib.

Qeyd edək ki, HƏMAS-ın yüksək səviyyəli rəsmisi Britaniyanın Reuters xəbər agentliyinə Parisdə keçirilən atəşkəs danışıqları ilə bağlı danışıb və təklifin üç mərhələdən ibarət olduğunu qeyd edib. Təklif qəbul olunarsa, atəşkəsin ilk mərhələsində Qəzzadakı məhbuslar azad ediləcək. İkinci mərhələdə girovluqda olan əsgərlər, son mərhələdə isə ölən israillilərin meyitləri təhvil veriləcək.

Bahadur Seyidov