Parisdə başlayan Fələstinə dəstək yürüşü Brüsseldə yekunlaşıb



 18:19 02.02.2024     258

​Fransanın paytaxtı Parisdə başlayan Fələstinə dəstək yürüşü Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Liderlər Zirvə Toplantısının keçirildiyi meydanda yekunlaşıb.

Demedia.az xəbər verir ki, Parisdə “Fələstin üçün Yürüş edək” qrupunun çağırışı ilə başlayan yürüşə qatılan nümayişçilər müxtəlif nöqtələrdə fasilə verərək Brüsselə çatıblar.Avropa İttifaqının Liderlər Zirvəsinin keçirildiyi Şuman Meydanına toplaşan nümayişçilər “Fələstinə azadlıq”, “İsrail fələstinli uşaqları öldürür”, “Soyqırımı dayandırın”, “Yaşasın Fələstin xalqının mübarizəsi” kimi şüarlar səsləndiriblər.

Nümayişçilər Avropa Birliyinin liderlərindən Qəzzada atəşkəs, İsrailə qarşı iqtisadi və siyasi sanksiyaların tətbiqi, fələstinli məhbusların azad edilməsi kimi tələblər irəli sürüblər. Bahadur Seyidov