İranın dəstəklədiyi qruplara qarşı hava hücumu həyata keçirib.



 15:00 03.02.2024     220

ABŞ Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinin Meyadin rayonunda və İraqda yerləşdirilən İran İnqilab Keşikçiləri Ordusunun ünsürlərinə və İranın dəstəklədiyi qruplara aviasiya ilə hücum edib.

Demedia.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İordaniya, İraq və Suriyadakı baza hücumlarına cavab olaraq hava əməliyyatı keçirildiyini açıqlayıb.Bir müddət əvvəl İordaniyadakı ABŞ bazasına pilotsuz təyyarə hücumundan sonra bölgədə gərginlik artıb. 3 ABŞ əsgərinin öldüyü və 40-dan çox əsgərin yaralandığı hücumdan sonra Vaşinqton administrasiyası qisas alacağına söz verib və regionda İranın dəstəklədiyi qrupları təhdid edib. Bu gün ABŞ İran İnqilabı Keşikçiləri Korpusunun ünsürlərinə və İraq və Suriyada yerləşdirilmiş İranın dəstəklədiyi qruplara qarşı hava hücumu həyata keçirib.

Bahadur Seyidov