Putin və Ərdoğanın görüşündə nələr müzakirə ediləcək?
Xəbər verdiyimiz kimi, fevralın 12-də Rusiya Preizdenti Vladimir Putin Türkiyəyə səfəri gözlənilir.
Demedia.az xəbər verir ki, Prezident RəcəbTayyip Ərdoğanla görüşdə bir neçə məsələ müzakirə ediləcək.
TASS-ın mənbələrinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Putinin Türkiyəyə səfəri zamanı enerji sektorunda əməkdaşlıq, taxıl dəhlizi, Qəzza və Suriyadakı vəziyyətin müzakirə edilməsinin planlaşdırıldığını bildirib.
Putinin köməkçisi Uşakovisə bildirib ki, Ukrayna mövzuları danışıqlarda əsas mövzulardan biri olacaq.
Bahadur Seyidov