Bu ölkə xaricilərə ev satmağı qadağan edir



 10:12 05.02.2024     250

Kanada 2023-cü ildən bəri qüvvədə olan "əcnəbilərə mənzil satışına qadağa"nı uzadıb.

Demedia.az xəbər verir ki, ilk dəfə 2023-cü ilin yanvarında qüvvəyə minən 'xaricilərə mənzil satışına qadağa' Kanadada yenidən gündəm mövzusuna çevrilib. Ölkə vətəndaşları üçün mənzil tapmaq problemi səbəbindən qüvvəyə minən və 2025-ci ildə başa çatmalı olan qadağa 2027-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, keçən ay Kanadadakı mənzil böhranı səbəbiylə beynəlxalq tələbə icazələrinin iki il müddətinə məhdudlaşdırılacağı açıqlanmış, bəzi tələbələrə məzun olduqdan sonra iş icazəsi verilməyəcəyi bildirilmişdi.

Bahadur Seyidov