Oğlunun əxlaqsız videolara baxdığını görən anadan DƏHŞƏTLİ ƏMƏL



 11:15 05.02.2024     266

Malayziyada oğlunu əxlaqsız videoya baxarkən yaxalayan ana onun üzərinə qaynar su töküb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə 38 yaşlı qadın 3 il müddətinə azadlıqdan məhrum edilib.

13 yaşlı oğluna qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən qadını günahı sübuta yetirilərsə, 20 ilə qədər həbs, cərimə və ya qamçı ilə cəzalandırması gözləniləcək.

Beş uşaq dul anası olduğunu əsas gətirərək cəzasının yüngülləşdirilməsini istəyən qadın psixiatrik xəstə olduğu üçün stressinin artdığını və dərman dozasını gündə 50 mq-dan 100 mq-a yüksəltməli olduğunu bildirib. 

Prokuror təqsirləndirilən şəxsə və ictimaiyyətə ibrət dərsi olaraq mütənasib cəza verilməsini istəyib.

Bahadur Seyidov