Zelenski və Zalujin arasında nə yaşanır?



 11:49 05.02.2024     285

ABŞ Ukrayna hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını istefaya göndərmək barədə mümkün qərarına müdaxilə etməyəcək.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalının efirində bildirib: “Bu, ABŞ hakimiyyətinin bu və ya digər qərar verməli olduğu məsələ deyil”, - deyə o, vurğulayıb. 

Sullivan Zalujninin mümkün istefasının cəbhədəki vəziyyətə necə təsir edəcəyi sualına cavab verməyib.

“Politika”nın köşə yazarı   qeyd edir ki, Vladimir Zelenski məsuliyyətdən yayınmaq üçün Rusiyaya məxsus İl-76 təyyarəsinin qəzaya uğramasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya yıxmağı planlaşdırır. 

Onun fikrincə, Zelenski və ətrafı bunu Valeri Zalujnının istefası tələbi ilə “ört-basdır etməklə”, onu faciəvi anlaşılmazlıqda ittiham edərək və yıxılma ilə bağlı beynəlxalq araşdırma tələb etməklə məsuliyyətdən yayınmaq istəyir.

 Müəllif ayrıca vurğulayır ki, Zelenski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov öz mövqelərini itiriblər və danışıqları yox, nəyin bahasına olursa olsun müharibənin davam etdirilməsini istəyirlər.

Bahadur Seyidov