Türkiyə futbolunun parlayan yeni ulduzu...



 09:00 05.02.2024     211

Super Liqa nəhəngi "Beşiktaş"ın "Trabzonspor"u qəbul etdiyi matçda son həftələrin formada adı olan Semih Kılıçsoy iz buraxıb.

Demedia.az xəbər verir ki, 2:0 hesabı ilə bitən "Beşiktaş" - "Trabzonspor" matçında hər iki qolu Semih vurub.

O, futbolsevərlərin böyük rəğbətini qazanıb.

Bu mövsüm cəmi 7 qol vuran gənc Semih hazırda “Beşiktaş”da ən çox fərqlənən oyunçudur.

Aysun / Demedia.az