Beşiktaş-Trabzonspor matçında şok statistika



 10:01 05.02.2024     209

Trendyol Super Liqasının 24-cü həftəsinin qapanış matçında son bir neçə həftədir çətin günlər yaşayan "Beşiktaş" və "Trabzonspor" üz-üzə gəliblər.

Demedia.az xəbər verir ki, "Beşiktaş" matçın ilk 45 dəqiqəsində sadəcə bir dəqiq zərbə endirə bilib. O da qol olub.

Hər iki komanda da mövqe yaratmaqda çətinlik çəkib və ilk yarı 1-0 hesabı ilə yekunlaşıb. İkinci hissədə də bir qol vurulub və 2:0 hesabı ilə meydan sahibləri qələbə qazanıb.

Bu qədər zəif göstəricili oyun anti-rekordlar siyahısına düşüb.

Aysun / Demedia.az